Abşeron rayonunda yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1000 m² olan quşçuluq fermasının tavanı və içərisinə səpələnən taxta yonqarı 500 m² sahədə yanıb. 

Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.