Ronaldo barəsində 2009-cu ildə Las Veqasdakı bir oteldə Katrin Mayorqaya təcavüz etməsi iddiası ilə bağlı açılan istintaqda yenilik var.
Unikal.org "Daily Mirror"ə istinadən xəbər verir ki, amerikalı modelin vəkilləri portuqaliyalı futbolçunu məhkəmə qarşısına çıxarmaq üçün çalışır. Belə ki, onun Turində yaşadığı ünvanı axtarır.
ABŞ qanunlarına görə, məhkəmə bildirişləri yalnız ünvana çatdırıldıqda keçərli sayılır. İtaliya qanunlarına görə isə məhkəmə bildirişləri elektron yolla da təqdim oluna bilər. İddialara görə, Ronaldonun vəkilləri məhz bu səbəbdən onun ünvanını gizli saxlayır. Mayorqanın vəkilləri isə onu məhkəməyə çıxarmaq üçün ünvan axtarışına başlayıb.