14 yaşlı futbolçu qadın hakimə qarşı əxlaqsızlıq edib.
Unikal.org xarici mətbuata istiandən xəbər verir ki, İtaliyanın Venesiya şəhərində azyaşlı uşaqlardan ibarət komandalar arasında matçı idarə edən 22 yaşlı Culiya Nikastro əxlaqsızlığa məruz qalıb.
Belə ki, Nikastro idarə etdiyi oyunda epizodların birində küncdən zərbə qərarı verib. Buna qəzəblənən 14 yaşlı futbolçulardan biri qadın hakimə tərəf dönərək şortikini endirib və cinsiyyət orqanını ona göstərib. Bu üzdən hakim qırmızı vərəqə ilə uşağı meydandan qovub. Qərarı bəyənməyən komandanın azarkeşləri oyunboyu hakimi əxlaqsız söyüşlər söyüb, qeyri-etik ifadələr işlədiblər.
Matçın ardından baş məşqçi Marko Dalla Puppa açıqlamasında "Yarışın təşkilatçılarından üzr istədik. Hakimlə də əlaqə saxlaya bilsək eyni şəkildə ondan da üzr istəyəcəyik" sözlərini söyləyib.
Baş verənlərlə bağlı hazırlanan raportun artıq Roma Futbol Federasiyasına göndərildiyi bildirilir.
Qeyd edək ki, əxlaqsızlığa məruz qalan qadın hakim "Palermo"da forma geyən Stefano Moreonun sevgilisidir.