İspaniyanın “Eybar” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Unikal.org xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Mark Kukurellanı transfer edib. Bu barədə “Eybar”ın rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçiylə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Barselona”nın aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Kukurella, geridə qalan mövsümü icarə əsasında “Eybar”da keçirib.