Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək.
Unikal/org xəbər verir ki, turnirin həlledici görüşündə iki İngiltərə təmsilçisi – “Çelsi” və “Arsenal” üz-üzə gələcək. Bakı Olimpiya stadionunda keçiriləcək görüş saat 23:00-da start götürəcək.
“Çelsi”nin heyətində Ruben Loftus-Çik, Antonio Rüdiger və Kallum Hudson-Odoi zədə səbəbindən bu görüşün iştirakçısı olmayacaq. Nqolo Kantenin durumu isə sual altındadır.
“Arsenal”da isə Aron Remzi, Hektor Bellerin zədə səbəbindən final matçını buraxacaq. Erməni futbolçu Henrix Mxitaryan isə Bakıya gətirilməyib.
UEFA Avropa Liqası, final
29 may
23:00 Çelsi (İngiltərə) – Arsenal (İngiltərə)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya stadionu.