InStat şirkəti UEFA Avropa Liqasının rəmzi yığmasının tərkibini açıqlayıb.
Unikal.org xəbər verir ki, 11 futbolçudan 3-ü İngiltərənin "Arsenal", hərəyə 2-si "Çelsi", İspaniyanın "Valensiya" və Almaniyanın "Ayntraxt", hərəyə 1-i İtaliyanın "Atalanta" və Rusiyanın "Zenit" klublarındandır.
Komandanın tərkibi: Kevin Trapp ("Ayntraxt", Almaniya), Şkodran Mustafi ("Arsenal", İngiltərə), Muktar Dyakabi ("Valensiya", İspaniya), Rafael Toloy ("Atalanta", İtaliya), Martin Hinteregger ("Ayntraxt"), Enzli Meytlend-Naylz ("Arsenal"), Daniel Parexo ("Valensiya"), Ruben Loftus-Çik ("Çelsi", İngiltərə), Pyer-Emerik Obameyanq ("Arsenal"), Artyom Dzyuba ("Zenit", Rusiya), Eden Azar ("Çelsi")
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək final oyunu saat 23:00-da başlanacaq.