"BBC Sport" UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb.
Unikal.org xəbər verir ki, jurnalist Devid Ornsteyn (David Ornstein) "Avropa Liqasının finalı: Nə üçün Bakıda" adlı reportajında Dağüstü Parkdan azarkeşlərə səslənərək Bakının final oyunu üçün möhtəşəm məkan olduğunu bildirib.
"Salam, Azərbaycanın paytaxtı olan günəşli Bakıya xoş gəlmisiniz. Burada "Çelsi" və "Arsenal" komandaları Avropa Liqasını qazanmaq üçün qarşılaşacaq. Hər iki klub Londondan 5500 km-dən artıq məsafə qət edərək bu şəhərə gəlib. Finalın Bakıda keçiriləcəyi qərarı 2 il əvvəldən qəbul edilib. Burada insanlar bu böyük və fantastik matça mükəmməl stadionda baxmaq imkanı əldə edəcəklər", - o qeyd edib.