Bakı şəhərinin Qaradağ rayonunda “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Quliyev Rəşad Əbülfəz oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.