Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yahim Löv xəstəxanaya yerləşdirilib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis xəstəxanaya aparılmasına səbəb qan dövranının pozulması səbəb olub.  

Lövün səhhətindəki problemləri üzündən Almaniya millisinin AÇ-2020-nin seçmə mərhələsinin Belarus və Estoniya ilə qarşılaşacaqları matçlarda komandanın başında olmayacağı bildirilir.

Almaniya millisi iyunun 8-də Belarus, 11-də isə Estoniya ilə qarşılaşacaq.