21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Unikal.org AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Milan Obradoviç "23-lüy"ü açıqlayıb.
Komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Bakı vaxtı ilə saat 21:00-da, "Sportpark Eschen-Mauren" stadionunda Lixtenşteynlə qarşılaşacaq. İyunun 3-dən bir araya gələcək yığmaya əvvəlcə 24 oyunçu çağırılsa da, "Qarabağ"lı Elvin Cəfərquliyev heyətdən çıxarılıb.
"Qarabağ"ın futbolçusu yığmadan kənarlaşdırıldı
U-21-in heyəti: Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı "Qarabağ"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Kamran İbrahimov ("Neftçi"), Turan Manafov ("Zaqatala"), Rafael Məhərrəmli ("Zirə"), Hüseyin Seyliğli ("Beşiktaş", Türkiyə), Arziman Rizvanov ("Bohemians", Çexiya), Barış Ekincier ("VfL Boxum", Almaniya), Ziya Əzizov ("Neymegen", Hollandiya), Tural Bayramlı ("Dauqavpils", Latviya).
Qeyd edək ki, "Dauqavpils”in üzvü Tural Bayramlı komandasının çempionatdakı oyununa görə toplanışa iyunun 2-dən qoşulacaq.