
"Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi. Söz tapa bilmirəm".
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu sözləri Xorvatiya millisinin futbolçusu İvan Rakitiç deyib.
AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Çexiya ilə qarşılaşan balkanlıların ulduz futbolçusu matçın gedişində meydana məşəllər ataraq oyunu dayandıran azarkeşləri qınayıb.
O, görüş haqqında da danışıb: "Oyuna gəlincə isə, biz Çexiyadan daha yaxşı idik. Heç-heçəyə görə təəssüflənirik. Gələn oyun lazımi nəticəni qazanacağıq".
Qeyd edək ki, matç zamanı baş vermiş insidentlərlə əlaqədar UEFA inzibati iş qaldıracaq.