Azərbaycanda “Özkaya Group” şirkətinin prezidenti, türk iş adamı Osman Gezeker dünyasını dəyişib. 

Unikal.org xəbər verir ki, Osman Gezeker bu gün səhər saatlarında uzun müddətdir müalicə aldığı Ankara Dövlət Xəstəxanasında dünyasın dəyişib. 

Qeyd edək ki, Osman Gezeker Azərbaycan xalqının ümummilli lideri - Heydər Əliyevlə yaxın dostluq münasibəti ilə də tanınırdı. 

Xatırladaq ki, Osman Gezeker Azərbaycanda tikinti materiallarının və dəmir avadanlıqların istehsalı, eləcə də satışı ilə məşğul olub. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyində təmsil olunub.