Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbə verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun 25-ci km-də, rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.
"Ford" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının sürücüsü, Kürdəmir rayon Qarasaqqal kənd sakini Rəsulov Lazım Mövlam oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı daha iki nəfər - Kürdəmir sakinləri - "Ford"un 25 yaşlı sürücüsü Qədirov Niyaməddin Rəfael oğlu və 46 yaşlı İmanov Əfqan Ədalət oğlu xəsarət alıb. Hər iki xəstə Kürdəmir RMX-ya yerləşdirilib.
Fakt araşdırılır.