Moskva ətrafında dünyanın ən çoxuşaqlı milyarderi Roman Avdeyevin oğlunun evi qarət olunub.
Unikal.org Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, 23 yaşlı Anton Adveyev ailəsi ilə birgə istirahətdə olan zaman Lesnoy Qorodok kəndindəki kotteci qarət edilib. Evdən 10 min avroluq “Patek Philippe” markalı saat, Soçi Olimpiadasının rəmzləri olan kolleksiya pulları, dörd maşının açarları və sənədlər olan seyf götürülüb.
Oğurluq faktını törtməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilir. Onun Orta Asiyadan gələn muzdlu işçilərdən biri olduğu qeyd edilir. Şübhəli şəxsin axtarışı hüquq-mühafizə orqanları tərəfindən aparılır.
Qeyd edək ki, evin sahibinin atası Anton Avdeyev Rusiyanın ən varlı şəxslərindən biridir, varisi 1,7 milyard dollar qiymətləndirilir. Həmçinin Roman Avdeyev dünyanın ənçoxuşaqlı milyarderi kimi tanınır. 23 uşağı var, onlardan 19-u övladlığa götürülüb.