Azərbaycan yığması Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında güləş üzrə Avropa çempionatının 5-ci günündə ilk qızıl medalını qazanıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, 74 kq. çəki dərəcəsində final görüşünə çıxan Murad Süleymanov Rusiyanı təmsil edən Zaurbek Sidakovla üz-üzə gəlib.
Həlledici görüşdə Murad rəqibini 9-4 hesabı ilə məğlub edərək Avropa çempionatının qızıl medalçısı olub. 
Daha sonra xalça üzərinə 96 kq. çəki dərəcəsində bürünc medal uğrunda görüşə Məhəmmədrəsul Qazıməhəmmədov çıxıb. Təmsilçimiz almaniyalı İlya Matuhin üzərində 8-2 qələbə qazanaraq Avropa çempionatının bürünc medalçısı olub.
***20:03
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatının 5-ci günündə Azərbaycan yığması ilk medalını qazanıb.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, ilk olaraq xalçaya bürünc medal uğurunda görüşə güləşçimiz Əliabbas Rzazadə çıxıb.
Gürücüstandan olan güləşçi Giorgi Xaçidze ilə mübarizədə pəhləvanımız 10-0 hesabı ilə qələbə qazanaraq görüşü vaxtından əvvəl bitirib.