Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində yerləşən Roman Zoidze adına 1 saylı azərbaycandilli ictimai məktəb tam bərpa olunub.
Unikal.org xəbər verir ki, bərpa işləri çərçivəsində məktəb binasının interyeri təmir olunub, qapı və döşəmələr dəyişdirilib və yeni elektrik sistemi quraşdırılıb.
Bərpa işlərinin həyata keçirilməsinə 115 125 lari vəsait xərclənib.
Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı məktəbə baş çəkərək yenilənmiş infrastruktura baxış keçirib. O, məktəb kollektivi və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.