Məşhur amerikalı aktyor Tom Kruz yeni filminin çəkilişləri ilə bağlı səfər etdiyi Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Zelenski özünün kino təcrübəsini bölüşüb.
Prezident Ukraynada film çəkən əcnəbi rejissorlara dövlət dəstəyinin təmin edilməsini nəzərdə tutan qanun layihəsi barədə də məlumat verib.
Tom Kruz daha sonra Kiyevi gəzib, metroya minib.