Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında görüş olub.

Unikal.org “RİA Novosti”yə istinadən məlumatına görə, tərəflər Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsindən danışıblar. Görüşdə ikitərəfli əlaqələr və nüvə sazişi də müzakirə olunub.

Xatırladaq ki, Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyası zamanı Fars körfəzində təhlükəsizliyi təmin edəcək “Ümid koalisiyası”nın yaradılması təşəbbüsü ilə çıxış edib.