Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Transit" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin salonunda - torpedonın və salondakı döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən 4872 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.
"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin alt hissəsində 277 qutu "Corsair" və "Mega Piratka" markalı pirotexniki vasitə, 240 ədəd "Red Stars With Report" və "Sterminator" markalı fişənglər aşkarlanıb.
"Qırmızı Körpü" gömrük postunda həmçinin Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı isə avtomobilin döşəməsindəki xüsusi düzəldilmiş gizli saxlanc yerində 510 qutu "Demi Wolf" və "Whistling Moon Travellers" markalı pirotexniki vasitələr aşkar olunub.
Hər üç faktla bağlı araşdırma aparılır.