Xəzər rayonu ərazisində “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarı tədbirləri nəticəsində C.Əhmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Nəsirli saxlanılıb.