Gəncədə zəhərlənmə hadisəsi olub.

Unikal.org “Qafqazinfo"ya istinadən xəbər verir ki, xəbərinə görə, şəhərin Bağmanlar adlanan ərazisində yaşayan 27 yaşlı Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma qazdan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, ana və azyaşlı övladı evdə qaz sobasının sönməsi nəticəsində otağa dolan qazdan zəhərləniblər.