Goranboyda avtomobil aşıb.

Unikal.org xəbər verir ki, hadisə səhər saatlarında rayonun  Qızılhacılı kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxan “VAZ” markalı minik maşını  yolun kənarına aşıb. Qəza nəticəsində  xəsarət  alan iki nəfər - 1979-cu il təvəllüdlü Alik Əhmədov və 1990-cı il təvəllüdlü Orxan Əfşarov rayon xəstəxanasına yerləşdiriliblər. Yaralılar Göygöl rayon sakinləridir.