Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətin keçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.