Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhətində kəskin problemlər yaranıb.
Unikal.org xəbər verir ki, bu barədə Aznews.az-a İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalovun həyat yoldaşı İradə Zeynalova deyib.
O, bildirib ki, aktyora təcili böyrək köçürülməlidir:
"Məmmədin vəziyyəti çox pisdir. Böyrəkləri son günlərini yaşayır. Əvvəl həftədə bir dəfə dializə gedirdi, indi isə 3 dəfə. Onun qanındakı kreatinin faizi hər an qalxa bilər. Allah göstərməsin, Məmməd hər an ölə bilər. Qohumlardan bizə kömək yoxdur, heç kəs böyrəyini vermək istəmir. Mən özüm onkoloji xəstəyəm. Böyrəyimi vermək istəyirəm, amma həkim icazə vermir. Deyir ki, sən böyrəyini versən, həyatın təhlükə altında qalar. 1 yaşında oğlum var, əgər mən böyrəyimi versəm, öləcəyəm, uzun illərdən sonra tapdığım övladım da anasız qalacaq, baxan olmayacaq. Heç kəs bizim ailə ilə maraqlanmır. Vəziyyətimiz çox acınacaqlıdır. Məmməd hər an ölümünü gözləyir, onu xilas etmək lazımdır".
Qeyd edək ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi.