Bakıda itkin düşən 31 yaşlı taksi sürücüsü tapılıb.

Unikal.org-un xəbərinə görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin keçirdiyi müvafiq tədbirləri nəticəsində dekabrın 17-də Suraxanı rayon ərazisində itkin düşmüş 1988-ci il təvəllüdlü Hüseyn Bayramov 6 gün sonra – dekabrın 23-də sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olan H.Bayramov dekabrın 17-də yaşadığı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz ünvandan çıxmış və bir daha geri qayıtmamışdı. Daha sonra H.Bayramovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.

Xatırladaq ki, H.Bayramov evlidir, iki azyaşlı övladı var.