Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda marşrut avtobusunun yanması ilə bağlı məlumat yayıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Unikal.org-a verdiyi məlumata görə, dekabrın 25-də saat 09:40 radələrində Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında) "Transkontrol" MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib. Yanğına sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.

10:35:41

***

10:54:11

Bakıda sərnişin avtobusu yanıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Nizami rayonu, "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.

İçi sərnişin dolu avtobus qəfil yanmağa başlayıb. Bu zaman sərnişinlər dərhal maşından boşaldılıb.

Hadisənin görüntülərini təqdim edirik.