"Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqalədə Hallar Nazirliyi yol qəza zamanı hadisə yerinə vaxtında çatılması ilə bağlı birgə tədbirlər planı hazırlayıb".
Unikal.org-un xəbərinə görə, bunu Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2020 dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə deyib.
O bildirib ki, hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb: "Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib".