Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə ağır xəsarıt alıb.

Unikal.org xəbər verir ki, yol qəzası Binəqədi-Qobu yolunda baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Ağayev Hilal Dostməmməd oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona müştərək travma diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.