Gəncədə zəhərlənmə hadisəsi vaş verib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Həmin ərazidə olan mənzillərin birində yaşayan bir ailənin üç üzvü mətbəxdə dəm qazından zəhərlənib.
Məlumata görə, mənzildə qazla işləyən su qızdırıcı mətbəxdə qurulduğu üçün orada oturan ana və 12 və 14 yaşlı qızları dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.