Sumqayıtda mənzildə 84 yaşlı qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-ci il təvəllüdlü İsmalina Raisa Georgiyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.