Azərbaycan  Respublikasının Gənclər və İdman nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə  ölkə  əhalisinin sağlamlığının qorunması,  yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.

Unikal.org xəbər verir ki, nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının  2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əməkhaqlarının bir hissəsini- 30 min manat məbləğində vəsaiti köçürür.