Koronavirus testinin nəticəsi müsbət çıxan "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin qızı məsələ ilə bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, Buse Terim məşhur məşqçinin səhhəti ilə bağlı "Atamın vəziyyəti yaxşıdır. Xroniki bir xəstəliyinin olmaması və siqaret çəkməməsi bu xəstəliklə mübarizədə ona kömək olacaq. Ümid edirəm ki, hər şey yaxşı olacaq və oradan çox güclü bir halda çıxacaq" sözlərini deyib.
Qeyd edək ki, Fatih Terimin müalicə olunduğu xəstəxanadan verilən məlumatda onun vəziyyətinin yaxşı olduğu və tək şikayətinin öskürək olduğu bildirilib.