Pakistanda  koronavirusa yoluxanların sayı 24 saatda 742 nəfər  artaraq 10 min 513-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliyin yayılması ilə bağlı məlumatları bölüşən Səhiyyə Nazirliyinin saytında verilən açıqlamaya görə, virus nəticəsində ölənlərin sayı son 24 saat ərzində 15 nəfər artaraq, ümumi ölənlərin sayı 224-ə yüksəlib.