İsrail hərbi təyyarələri Suriyanın Hama şəhərinin şərq hissəsində Əsəd rejimi və İran hədəflərinə hava zərbəsi həyata keçirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hücumların Əsəd rejimi və İranın hərbi mövqelərini, Salamiyah bölgəsindəki silah-sursat anbarını və Həmanın şərqindəki Sanbora şəhərini hədəf aldığı bildirilib.
Yerli mənbələrin məlumatına görə, hücumlarda 14 nəfərin öldüyü və 40 nəfərin yaralandığı qeyd olunub. Yaralıların Həma və Salamiyah xəstəxanalarına aparıldıqları bildirilib.