Türkiyədə məscidin həyətində yeni doğulmuş körpə tapılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.
Belə ki, məsciddə namazdan çıxanlar bağçada dəsmala bükülmüş körpənin olduğunu görüblər. Tez bir zamanda hadisə yerinə cəlb edilən polis və səhiyyə işçiləri körpənin sağ olduğunu təyin edib. Yeni doğulduğu bildirilən körpə, 112 Təcili Xidmət qrupu tərəfindən xəstəxanaya çatdırılıb.
“Yeni doğulmuş körpə idi, üzərində qan var idi. Sahibsiz itlər var. Şükürlər olsun, körpəyə heç bir şey olmadı”, - deyə məscid axundu jurnalistlərə verdiyi açıqlamada bildirib.