Tailandın ucuz avia şirkəti olan NokScoot, koronavirus pandemiyası səbəbi ilə iflasa uğrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Cənub-şərqi Asiya ölkəsi olan Tailandın bu ucuz hava yolu şirkəti Covid 19 pandemiyası ərəfəsində iqtisadi böhrana dözməyib bağlandı.
Şirkətin sinqapurlu ortağının verdiyi açıqlamaya görə, 2014-cü ildən bu yana gəliri az olan şirkət pandemiya dönəminə tab gətirə bilməyib. Şirkətin iflası 450 nəfəri işsiz qoyacaq.