Xəbər verdiyimiz kimi, əvvəlki illərin məzunlar üçün iyulun 10-da keçirilən qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.
Unikal.org xəbər verir ki, bu imtahanlarında iştirakı nəzərdə tutulan 8331 nəfərdən 1024 nəfər imtahana gəlməyib.
Bundan əlavə, qaydaları pozduğu üçün 5 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.