Rusiyada koronavirus virusuna yoluxanların sayı son sutkada daha 4 969 nəfər artıb

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkədə yeni infeksiyanın yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahından bildirilib.

Məlumata əsasən, Rusiyada koronavirusa yoluxma üzrə sutkalıq artım ilk dəfə 0,5 faizə düşüb, yoluxanların ümumi sayı 922 853-ə çatıb, ölənlərin sayı isə daha 68 nəfər artaraq 15 685-ə yüksəlib.