Nazarbayevin qızı Dariga oğlu, 30 yaşlı Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib.

Unikal.org bildirir ki,  bu barədə “RİA Novosti” məlumat yayıb.

***15:13

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi və ölkə senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.

Unikal.org-un məlumatına görə, bu barədə zakon.kz xəbər portalı xəbər yayıb.

Məlumatda deyilir: “Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ürəyi dayanıb. Digər detallar hələ bilinmir”.

Aysultan Nazarbayev 26 Avqust 1990-cı ildə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva və Rahat Əliyevin ailəsində anadan olub. Astanadakı "Beynəlxalq Davamlı Təhsil Kollecində", həmçinin Avstriyadakı "Amerika Beynəlxalq Məktəbi"ndə təhsil alıb. 2010-cu ildə Sandxerstdə "Britaniya Kral Hərbi Akademiyası"nı bitirib. Karyerasını 2012-ci ildə Qazaxıstan müdafiə nazirliyinin baş kəşfiyyat idarəsində başlayıb.