Belçikanın yeni yaradılan hökumətində Baş nazirin müavini vəzifəsinə transgender qadın təyin edilib.. 

Unikal.org “The Brussels Times”ə istinadla xəbər verir ki, bu, Aİ tarixində ilk belə haldır.

“Belçika hökumətinin bu həftə təyin olunan tərkibində açıq transgender qadın Petra De Sutterə baş nazirin müavini vəzifəsi verilib. Avropa Parlamentinin sabiq deputatı De Sutter, Flamanların Yaşıllar Partiyasından hökumətə təyin edilib. O, həmçinin Dövlət Müəssisəsi və Dövlət Administrasiyası İşləri üzrə nazir portfelini də alıb”, - deyə məlumatda bildirilir.

De Sutter öz “Twitter” səhifəsində qeyd edib ki, Belçikada əksər Aİ ölkələrində olduğu kimi gender mənsubluğu probleminin olmamağından fəxr edir. 

Siyasətçi ixtisasca ginekoloqdur. O, Gent Universitetinin reproduktiv tibb şöbəsinə rəhbərlik edir. O, özünün siyasi karyerası ərzində heç vaxt gender oriyentasiyasını gizlətməyib.