Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16, Bakıda gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 7-8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.