Ermənistan silahlı qüvvələri noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arazbar, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub.

UNikal.org xəbər verir ki, nəticədə, sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Yuxarı Qiyaməddinli kəndinə gedərək erməni vəhşiliyinin izlərini lentə alıb.