“8 noyabr tarixi Azərbaycanın tarixinə qələbə və zəfər günü kimi yazıldı. Qarabağın incisi, ölkəmizin dilbər guşələrindən biri olan Şuşa şəhərinin işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan əsgərinin yenilməzliyi sayəsində mümkün oldu. Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir".
Bu sözləri Unikal.org-a açıqlamasında akademik Əli Abbasov bildirib. Ə. Abbasov qeyd edib ki, müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır: “İndi o Şuşada dalğalanır. Şuşanın azadlığa qovuşması İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandanımıza minnətdaram. Daha böyük zəfərlər, qələbələr bizimlədir”.
Murad İbrahimli