Azərbaycan Güləş Federasiyasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, sərbəst güləş üzrə yığma komandanın məşqçi və idmançı heyətindən noyabr ayının 19-da test götürülüb. Testin nəticəsi isə ayın 20-də bəlli olub.
Məşqçi və müəllim heyətinin koronavirus testi müsbət çıxıb.
Pandemiya dövründə yalnız açıq havada məşqlərə icazə verilsə də komanda üzvləri karantin rejmini pozublar. Bu da komandada acınacaqlı vəziyyət yaradıb və kütləvi yoluxmaya səbəb olub.
Bundan sonra şənbə günü üçün təyin olunan təlim-məşq prosesi də təxirə salınıb.
Əldə etdiyimiz digər məlunata görə noyabrın 23-də Yunan-Roma güləşi üzrə milli komandadan test götürüləcək.
Yoluxanlar içərisində məşqçilərdən Arif Abdullayev, Oyan Nəzəriani, Rövşən Umudov, Rövşən Hacıyev, Ağahüseyn Mustafayev, güləşçilərdən isə Turan Bayramov da var.
Qeyd edək ki, Arif Abdullayev millinin baş məşqçisi, keçmiş idmançı, olimpiya çempionu Namiq Abdullayevin qardaşıdır.
Elvin Rüstəmov