Türkiyə Super Liqasında X turun daha 3 oyunu keçirilib.
Unikal.org-un məlumatına görə, yuxarı pillələrdə qərarlaşan “Qaziantep” öz meydanında büdrəyib.
Komanda bol qollu alınan “Yeni Malatyaspor”la görüşdə qələbəni son anda əldən verərək, 1 xalla kifayətlənib.
Son çempion “Başakşəhər” isə doğma arenasında autsayderlər zonasının sakini “Dənizlispor”un müqavimətini qıra bilməyib. Bu matçda da bol qollu bərabərlik qeydə alınıb və qonaq komanda məğlubiyyətdən son anda qaçıb.
Rizədə yerli “Rizəspor”un qonağı olan “Qalatasaray” aktivinə növbəti 3 xalı yazdırmağı bacarıb. “Cim-bom” Mbaye Dianın het-trik etdiyi matçda rəqibi üzərində böyükhesablı qələbə qazanıb.
Qeyd edək ki, turun digər matçları noyabrın 29-30-da olacaq.
Türkiyə Super Liqası
X tur
28 noyabr
“Qaziantep” – “Yeni Malatyaspor” – 2:2
Mirallas, 19, Kana-Bıyık, 74 – Adəm Büyük, 49, Topallı, 90+5
“Başakşəhər” – “Dənizlispor” – 3:3
Qulbrandsen, 11, 21, Demba Ba, 59 – Özər Özdəmir, 62, Rodalleqa, 90+1, Muravski, 90+6 (pen.)
“Rizəspor” – “Qalatasaray” – 0:4
Dian, 45+1 (pen.), 52, 79, Talyan Antalyalı, 87