İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradonanın adı veriləcək.

Unikal.org  xəbər verir ki, bunu Neapolun meri Luici de Madjistris deyib. 

O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən dünya şöhrətli futbolçu Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.