İngiltərəli bodibildinq ustası Rene Kampbell həyat tərzi və idmanı ilə diqqət çəkir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kampell 2 uşaq anasıdır.  O "qadınlar necə görünməlidir" fikrlərinin dəyişdirilməli olduğunu dilə gətirib. 

44 yaşlı Rene Campbell, bu qavrayışı pozmağa çalışdığını, "güclü və qüvvətli" bir qadın olaraq seçildiyini bildirib:

"Mediya vasitəsi ilə qadınların müəyyən bir şəkildə ortaya çıxması lazım olan təzyiqləri daim hiss etdim. Bədənimə və imicimə qarşı çox inamsız idim, insan kimi çox özümə inamım yox idi". 

Uzun müddət yeməklə bağlı problem yaşadığını dilə gətirən Kampel "Hər zaman çəkimi qorumağa çalışırdım. Jurnallardakı qadınlar kimi arıq görsənmək istəyirdim. 

Sonrada bodibildinqlə məşğul olmağa başladım, belə fikirlərdən özümü uzaq futa bildim" - deyə bildirib.

Sonradan Bodibildinq yarışlarında qələbələr qazandığını deyən iki uşaq anası bu fikirləri bildirib:

"Hələ də qadınlara məxsus yerlərə gedəndə görüntümə görə kişiyə bənzədib çölə çıxmağımla bağlı təkid edənlər var".