Qarabağ zonası üzrə Goranboy rayonunda keçirilmiş zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Millət vəkili Sevinc Hüseynova, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov , Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Pervin Quliyeva iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Unikal.org-a verdiyi məlumata görə, 300 nəfərə yaxın gəncin iştirakı ilə keçirilmiş zona toplantısını Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov açaraq, Azərbaycan Gənclərinin IX Forumunun Qarabağ zonası toplantısının mahiyyətindən söz açdı.
Rəsmilər zona toplantısında iştirak edən gənclərə dəyərli tövsiyələrini verdilər.
Ağcabədi rayonundan Cavid Bünyadov , Bərdə rayonundan Fidan Nəsirli, Goranboy rayonundan Vüqar Xəlilov , Naftalan şəhərindən Kəmalə Hüseynova ,Tərtər rayonundan Orxan Müstafazadə toplantıda çıxış etdilər.
Zona toplantısında Goranboy zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 62 nümayəndə seçildi. Tədbir Zona Toplantısının Qətnaməsinin qəbulu ilə başa çatdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir.