İngiltərədə qadın futbolçular - Ramona Baxmann və Katya Makkabe hökumətin koronavirus pandemiyası səbəbindən tətbiq etdiyi karantin qaydalarını pozaraq tətilə yollanıblar.
Unikal.org xəbər verir ki, onlar Dubay və Maldiv adalarında istirahət ediblər. Futbolçular bu addımlarını sosial mediada fotolar paylaşaraq ifşa ediblər.
Qeyd edək ki, İngiltərədə koronavirus pandemiyası səbəbindən qadın futbolçulara səyahət qadağası qoyulub.