Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.
Unikal.org xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.
Xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb. .
Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.